Türkiyədə sosial media fenomeni canlı yayımda həmkarını güllələdi - FOTO

Türkiyədə sosial media fenomeni canlı yayımda həmkarını güllələdi - FOTO

Hazırda oxunan: Türkiyədə sosial media fenomeni canlı yayımda həmkarını güllələdi - FOTO

221110

Türkiyədə Cansum Şener və Çağlayan Yıldırım adlı sosial media fenomenləri arasında dava düşüb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Dava zamanı Şener həmkarı Yıldırımı tapança ilə vuraraq yaralayıb. Hadisə anını canlı yayımda paylaşan Çağlayan Yıldırım müalicə üçün xəstəxanaya aparılıb.
 

İnsident Ankaranın Sincan rayonunda baş verib. Aralarında düşmənçilik olduğu öyrənilən qadınlar paylaşdıqları məkanda görüşüblər. Tərəflər arasında yaranan mübahisə zamanı Cansum Şener Çağlayan Yıldırımı tapança ilə ayağından vuraraq yaralayıb.


Şener sevgilisi ilə hadisə yerindən qaçıb, lakin qısa müddətdə tutularaq saxlanılıb. Şenerin 80 cinayət qeydinin olduğu və hadisədə istifadə edilən sənədsiz silahın da ələ keçirildiyi öyrənilib. İstintaq davam edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO