“Mən bu yarışmada ilk gündən ölkəmi dəstəkləmişəm. Bu il də istisna olmadı, Azərbaycana və Samirəyə ürəkdən uğurlar arzu edirdim”.
Bu sözləri “Avroviziya-2021”də Azərbaycan şərhçilərindən biri olan aparıcı Hüsniyə Məhərrəmova instaqram hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Manija Azərbaycandan 12 xal aldı - Rusiyaya fovaritimiz oldu - VİDEO
“Samirə çox istedadlı ifaçıdı. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda o biri ilə tərifləyim. Şəxsən mən, builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə!”, - o qeyd edib.
Məhərrəmova düşünür ki, ölkəmiz üçün belə bir əhəmiyyətli ildə, Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi:
“Ona görə, narazı qalan qohum, əqraba, dost tanışa intriqalarla deyil, musiqi zövqləri ilə məşqul olmağı arzu edirəm”.
Bizim.Media