Əməkdar artist Vasif Məhərrəmli və müğənni İzzət Bağırov "Xəzər axşamı" verilişində kövrək anlar yaşayıblar.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, Vasif proqramda həmkarı ilə bağlı bunları danışarkən göz yaşlarını saxlaya bilməyib:
"İzzət efirlərə çıxanda mən televiziyanın yolu haradandır bilmirdim. Onun bu sənətdə bəlli bir xidməti var. 15 yaşından bu sənətin ətəyindən tutub və onunla davam edib. Hər şeyi Allahdan istəyib. Bu yaxınlarda söhbət edirdik, Dedi, Allah buyurub ki, "Səni gözlədiyin yox, gözləmədiyin qapıdan ruzini göndərəcəyəm". İzzətin də ruzisini Allah gözləmədiyi yerdən göndərdi. Allah sonumuzu hər zaman yaxşı eləsin. Qəlblərdən Allah şahiddir. Mən də onun ətəyindən yapışmışam".
Onun bu sözlərindən sonra İzzət də kövrəlib və həmkarının göz yaşlarına "Bərabər xatirlərimiz çoxdur, Vasif başqa şeyə ağlayır" cavabını verib.
Bizim.Media