Boğazında onkoloji şişdən əməliyyat olan Mehindən PAYLAŞIM: “Bitti”

Boğazında onkoloji şişdən əməliyyat olan Mehindən PAYLAŞIM: “Bitti”

Hazırda oxunan: Boğazında onkoloji şişdən əməliyyat olan Mehindən PAYLAŞIM: “Bitti”

219738

Boğazında onkoloji şiş aşkarlandığından noyabrın 4-də əməliyyat olunan Bloger Mehin Oktaylı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Mehin xəstəxanadan fotosunu izləyiciləri ilə bölüşüb.

“Həyat qəribədir, durmadan danışaraq özümü ifadə etdiyim bu yolda, danışa bilmədiyim kəlmələrin, duyğuların boğazımda düyümlənib, həyatımı necə dəyişəyəcəyini düşünməzdim, Var-gücümlə bütün duyğularımı ifadə etməyin nə qədər önəmli olduğunu göstərdi. Artıq ehtiyatım öz işığıma salacağım kölgə qorxusu, ifadə etməkdən çəkindiyim duyğularım, bəlkə görsəm də, dərk etmədiyim o möhtəşəm kainatda doğru yerdə kəsişdiyim ailəmdir. Şanslı olduğumu ve bu məsələnin artıq bitdiyini ümid edərək həyatıma daha gözəl şəkildə davam etməyə qərar vermişəm .

Allaha çox şükür. Ailəm və dostlarıma min şükür. Pis günlər hər kəsi birləşdirər, artıq nə pis gün istəyirəm, nə də keçmişə baxmaq . Və ən böyük məqsədim mənimlə bu halı yaşayan hər kəsə daha pozitiv bir nümunə olmaq idi. Əks təqdirdə dram etməyi də sevmirsiniz. Bitti. Bitsin . Sizi sevirəm və bilirəm ki, ən çox da özümü sevməliyəm. Mən dünyanın verdiyi bu ikinci şansa etibar edirəm və sonda söyləmək istəyirəm ki, ürəyiniz istədiyi qədər deyin, ifadə edin və bildirin”, - bloger qeyd edib.

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO