Müğənni Nura Suri bu dəfə televiziya verilişlərindən və aparıcılardan şikayətlənib.
Bizim.Media xəbər verir ki, müğənni bu barədə sosial media hesabında yazıb.
"Televiziya verilişlərimizin çoxu bayağıdır, indi dəbdə olan mahnılar kimi. Bunların səbəbkarı aparıcılardan çox veriliş redaktorları və prodüserləridir. Layihə rəhbərləri və sponsorlardır günahkar.
Aparıcılar gələn qonaqlardan daha çox danışırlar, suallar və mövzu heç kəsin marağını cəlb etmir. Bütün kanallarda eyni tipli verilişlər (İTV xaric) və eyni qonaqlar. Özünə hörmət edən sənətkarlar artıq efirə çıxmır.
Dövlət bu işə diqqət və büdcə ayırmalıdır. Yeni bir qurum yaradılmalıdır: gənc, istedadlı, savadlı insanlar cəlb olunmalıdır, yetişdirilməlidir", deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:23 / 03.11.2024
Nura Suri: "Özünə hörmət edən sənətkarlar efirə çıxmır, çünki..." - FOTO
Hazırda oxunan: Nura Suri: "Özünə hörmət edən sənətkarlar efirə çıxmır, çünki..." - FOTO
Hazırda oxunan: Nura Suri: "Özünə hörmət edən sənətkarlar efirə çıxmır, çünki..." - FOTO
219054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.