Tünzalə: “Efirin dəyərini itirmişik” - VİDEO

Tünzalə: “Efirin dəyərini itirmişik” - VİDEO

Hazırda oxunan: Tünzalə: “Efirin dəyərini itirmişik” - VİDEO

218853

“İnterneti böyük küçəyə bənzədirəm. Bu küçədən maşınlarda gedir, ayaqla gedənlərdə var, evlər, eyvanlar, səs-küy var. Biz sakit yolla keçdiyimiz zaman kiminsə bizimlə, bizim də kiminləsə işi yoxdur. Amma birdən biz dayanırıq və səs eşidirik. Kimsə eyvandan qışqırır və ya hansısa hadisə baş verir. Bu zaman bütün küçənin diqqəti orada olur”.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu RTV-də yayımlanan jurnalist Türkan Məmmədlinin təqdimatında “Çərçivədən kənar” verilişində deyib.

Nadir hallarda televiziyaya çıxan sənətçi bildirib ki, efir öz dəyərini itirib:

“Efirlərə tez-tez getmək məni yorur. Gözümün önündə televiziya nəsli böyüyüb. Televiziyada çalışanların hamısı ilə mənim çox gözəl münasibətim var. Onlar mənə çox doğmalaşıb. Efirin dəyərini itirmişik. Əgər reytinqlər könül oxşayan söhbətlərdə deyil qışqırmaq, bağırmaq və aşağı səviyyənin üzərində qurulursa mənim orada nə işim var”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO