Nadirin evini su basdı: Təmir edən ustaları qınadı – VİDEO

Nadirin evini su basdı: Təmir edən ustaları qınadı – VİDEO

Hazırda oxunan: Nadirin evini su basdı: Təmir edən ustaları qınadı – VİDEO

217200

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Bakıda yağıntılı hava müşahidə olunur.

Bizim.Media ”axşam.az”a istinadla xəbər verir ki, müğənni Nadir Qafarzadə yağış səbəbindən bina evinə suyun damdığını bildirib. O, mənzilindən görüntüləri sosial media hesabında paylaşıb.

"Bu da yağışın bizə xeyri. Bu da bizim ustalarımızın etdiyi təmir. Söymürəm, heç nə demirəm. Sağ olsunlar, evə vedrə qoymuşam. Belə şey yoxdur... Bina evində yaşayırıq. Kənd evinə şükür. 18-ci mərtəbə və hamısı damır. Yağışımız da yağış deyil. Dünya xalqlarının yağışına oxşamır, özümüz kimidir. Axı, bu yağış bina evinə niyə damsın? Ustalardır da... Sizə nə deyim?

Evdə əski qalmayıb, hamısını yığmışam pəncərəyə... Əski, vedrə, ləyən..." deyə, Nadir vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO