Kərim: “Allahdan “Təranəni mənə möhtac elə” istədim” - VİDEO

Kərim: “Allahdan “Təranəni mənə möhtac elə” istədim” - VİDEO

Hazırda oxunan: Kərim: “Allahdan “Təranəni mənə möhtac elə” istədim” - VİDEO

216743

Müğənni Kərim Abasov keçmiş həyat yoldaşı, hazırda həbsdə olan prodüser Təranə Səmədova ilə bağlı açıqlaması ilə gündəm yaradıb.

Bizim.Media olay-a istinadən xəbər verir ki, “Rəngarəng” verilişində qonaq olan sənətçiyə aparıcı Zaur Nəbioğlunun “Təranə Səmədovanı bağışlamısan?” sualını ünvanlayıb.

Abasovun cavabı isə belə olub:
 

“Mən Təranə Səmədovanı bağışlamamışam. Bir insanki ağlayaraq sənə zəng edib yalvarırsa (Təranəni nəzərdə tutur – red.)... Sənin də zamanında ağlayıb Allahdan ədalət istəməyin ki, bu qədər vuruluram, təhqir olunuram və heçnə də edə bilmirəm. Bəli, Allahdan “Təranəni mənə möhtac elə” kəlməsini istəmişəm. Şeytan onun beynini alıb, elədi... Əybi yox... Amma Təranəni bağışlamaq mümkün deyil. Amma insanlıq xatirinə yardımımı edəcəyəm”.


Qeyd edək ki, yay aylarında Kərim Abasov həbsdə olan Təranə Səmədovaya ərzaq yardımını edib. Bu anlar isə lentə alınaraq sosial şəbəkələrə paylaşılıb.  


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO