Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov qatıldığı toy məclisində fonoqram oxuduğu üçün döyülüb.
Bizim.Media axsam.az-a istinadən xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi həmin şəxsləri bağışlamağa hazır olduğunu bildirib.
O, bunun səbəbini isə belə izah edib: "Hazırda işimiz prokurorluqdadır. Qanun nəyi tələb edirsə, o da olsun. Onları bağışlamağa da hazıram. İnsanlıq halıdır, içkili olub. Onların da ailəsi, övladı, gözləyəni var.
Baxmayaraq ki, toyda istifadə etdiyim qulaq cihazı və səs aparatım qırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onların həbs olunmasını istəmirəm. Çünki hərəsinə bir cəza verəcəklər, onların balalarının gözünü yolda qoymaq istəmirəm".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:43 / 07.10.2024
Kərim onu toyda döyənlərin həbsini istəmir
Hazırda oxunan: Kərim onu toyda döyənlərin həbsini istəmir
Hazırda oxunan: Kərim onu toyda döyənlərin həbsini istəmir
215019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.