Qorxmaz Əlilicanzadə: “Rəsul Rza atama “məni tutdurmaq istəyirsən?” deyib - VİDEO

Qorxmaz Əlilicanzadə: “Rəsul Rza atama “məni tutdurmaq istəyirsən?” deyib - VİDEO

Hazırda oxunan: Qorxmaz Əlilicanzadə: “Rəsul Rza atama “məni tutdurmaq istəyirsən?” deyib - VİDEO

214785

Əməkdar artist Qorxmaz Əlilicanzadə "Elgizlə izlə" verilində mərhum atası aktyor və rejissor Məmməd Əlilidən danışıb.

Bizim.Media xəbər verir ki, xatirələrini bölüşən aktyor efirdə ağlayıb:

"O vaxt mükafat almaq üçün siyahıda atamın adı da verilmişdi. Amma atamın adı keçmədi. Ona veriləndən 5 ay sonra işdən çıxartdılar.

Elə olmuşdu ki, anam rəhmətlik pəncərədən atama "uşaq üçün dəftər al" demişdi. O da əlini yelləmişdi. Yolda Rəsul Rza ona rast gəlib. Deyib ki, utanmırsan, nə vaxtdır səni axtarıram, məni tutdurmaq istəyirsən? Atam soruşur ki, nə olub? Deyir, sənə neçə aydır maaş yazdırmışam. Atamın gözünə işıq gəlib. Biz o aclığı, çətinliyi görmüşük.

Mənə gündə 1 abbası pul verirdi. 4-cü kursda oxuyanda atam mənə 4 manata şalvar, 3 manata isə köynək aldı. Onu indiki cavanları 99 faizinə versən, deyərlər ki, bunu geyinmərəm. İdman ketası ilə qışda qarın üstündə piyada gedib gəlirdim”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO