"Mənə olmaz desəydi, evdə oturardım" - Sevda Yahyayeva

"Mənə olmaz desəydi, evdə oturardım" - Sevda Yahyayeva

Hazırda oxunan: "Mənə olmaz desəydi, evdə oturardım" - Sevda Yahyayeva

214468

"Biz elə bir yaş dövründəyik ki, hər addımı ağılla atmağa çalışırıq. Ona görə də hər şeyi Zakirlə məsləhətləşərək edirik".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib. 

Sənətçi həyat yoldaşının ona qadağa qoymadığını bildirib:

"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmur. Geyimimə qarışmır. Zakir müasir insandır. Sevinirəm ki, belə biridir. Hər zaman o məni həvəsləndirir ki, daha iddialı və cəsarətli olmalısan. Olmaz desəydi, evdə oturardım. Səhnədəyəmsə, deməli, o məni dəstəkləyir".

Qeyd edək ki, həkim Zakir Bayramovla ailəli olan Sevdanın iki qız övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO