Ancelina Coli onunla sevgilidir - FOTO

Ancelina Coli onunla sevgilidir - FOTO

Hazırda oxunan: Ancelina Coli onunla sevgilidir - FOTO

214377

Dünyaşöhrətli aktrisa Ancelina Coli yeni eşqə yelkən açıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə həmkarı Bred Pittdən boşandıqdan sonra uzun müddət sevgi münasibəti qurmayan aktrisanın britaniyalı reper Akala ilə münasibətdə olduğu iddia edilib.

Gözəlliyi ilə illərə meydan oxuyan 49 yaşlı Ancelinanın özündən 9 yaş kiçik reperlə eşq yaşaması xəbərlərini gündəmə gətirən isə Akalanın İnstagramda Colini izləməsi olub.

Daha əvvəl 62-ci Nyu - York Film Festivalında birlikdə görüntülənən cütlük aktrisanın ev sahibliyi etdiyi bir təşkilatın tədbirində yenidən bir araya gəlib.

Eyni zamanda, Ancelinanın bu ilin avqustunda Akala ilə İtaliyada hoteldən çıxarkən görüntülənməsi onların sevgili olduğu iddialarının doğruluğunu gücləndirib.

Cütlüyə yaxın bəzi mənbələr ikilinin bir ildən artıqdır görüşdüyünü, Akalanın Colinin qızları Şilo və Zahara ilə ötən ilin mayında tanış olduğunu iddia edib.

Qeyd edək ki, Ancelina Coli 2014-cü ildə Bred Pittlə ailə qurub, 2019-cu ildə boşanıblar. Ancelinanın 22 yaşlı Maddoks, 20 yaşlı Paks, 19 yaşlı Zahara, 18 yaşlı Şilo və 16 yaşlı əkizlər Noks və Vivyen adlı uşaqları var.

Aktrisa Maddoks, Paks və Zaharanı Bredlə evli olduğu müddətdə övladlığa götürüb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO