"HammAli & Navai"nin repçisi toy etdi: Aleksandr Qromovun seçimi kim oldu? - FOTO

"HammAli & Navai"nin repçisi toy etdi: Aleksandr Qromovun seçimi kim oldu? - FOTO

Hazırda oxunan: "HammAli & Navai"nin repçisi toy etdi: Aleksandr Qromovun seçimi kim oldu? - FOTO

213747

Dünən şəxsi həyatı haqqında əvvəllər heç nə məlum olmayan "HammAli & Navai" rep duetinin 32 yaşlı solisti Aleksandr Qromovun (Əliyev) Soçidə toyu olub. Qonaqlardan yeni evlənənlərin fotolarını və videolarını sosial şəbəkələrdə dərc etməkdən çəkinmələri xahiş olunub, buna görə də Aleksandrın seçdiyi şəxsin kimliyi çoxları üçün sirr olaraq qalıb.

Bizim.Media xəbər verir ki, super.ru reperin sevgilisini dünyaya rəsmən tanıtmasını gözləməyərək, hər şeyi özləri öyrəniblər.

Musiqiçinin həyat yoldaşının Emiliya Əlizadə olduğu güman edilir, onun 23 yaşı var. Qız da əri kimi azərbaycanlıdır, lakin Moskvada yaşayır.

2019-cu ildə V.İ. Razumovski adına Saratov Dövlət Tibb Universitetinə (Rusiya) daxil olub. Görünür, Emiliya ictimaiyyət qarşısında tanınmaq istəmir - onun "Instagram" hesabı bağlıdır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO