Səidə bu həmkarlarını biabır etdi - VİDEO

Səidə bu həmkarlarını biabır etdi - VİDEO

Hazırda oxunan: Səidə bu həmkarlarını biabır etdi - VİDEO

213656

“Yeganə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var. Qayınana, baldız, yeznə, kürəkən, xalaoğlu, bacıoğlu, bibioğlu, əmiqızı, dayıqızı, kirvə və sayra... Kimin toyu azalır, deyir ki, qayınana haqqında mahnı oxuyum. O mahnını da gedib toyda oxuyum tutuzdurum”.

Bizim.Media olay.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu “Rəngarəng” verilişində deyib.

Sənətçi toy məclislərinə tez-tez çağırılması üçün qohumlar haqda mahnı oxuyan həmkarlarını efirdə biabır edib:

“Heç bir ölkədə qohum-əqrabaya aid mahnı yoxdur. Qurana and içirəm ki, yoxdur. Bir tək bizdə var. Müğənnilər qayınana haqqında mahnı oxuyur ki, məclisdə qayınananın, yeznə haqqında oxuyur ki, yeznənin gözünə girsin. Axı bu nə yanaşmadır? “Şəpətə-şüpətə” janrda oxuyan qız ifaçıları efirə çıxıb deyirlər ki, “Siz şou-biznes...”

Bu anda Səidə Sultanın mikrofonu efirdə söndürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO