Müğənni Samir Piriyevin həyat yoldaşı Anara qızı Fərəhin təhsil aldığı 42 saylı məktəbin direktorundan şikayət edib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçinin xanımı "Instagram" hesabında yayımladığı videomüraciətdə məlumat verib.
O bildirib ki, sözügedən tədris ocağının direktoru onun qızına geyindiyi ətəklə bağlı irad tutub:
"Bu 42 saylı orta məktəbin direktoruna əncam çəkən olsa idi, şagirdlərin və valideynlərin canı dincələrdi. Yaxşı ki, mən Fərəhin yanında idim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də ona sual verdim ki, "Nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olur?".
Cavab verir ki, "Fərəhin ətəyi ağ rəngdədir". Amma düz demir çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, siz rəngləri ayırd edə bilmirsiniz. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızın üzərinə qışqırıb".
Məsələ ilə bağlı oxu.az-a açıqlama verən 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova qeyd edib ki, digər şagirdlər kimi Fərəhə də irad tutulub:
"Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur? Məktəbin 1700 şagirdindən biri kimi Fərəhə də demişik ki, bu açıqrəngli yubkadır, bir az tünd olmalıdır. Onu söyüb, təhqir edib, şəxsiyyətinə xələl gətirməmişik ki?! İndi Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir? Bizim məktəbli formamız boz ətək, mavi köynəkdir. Biz də bunu tələb edirik".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:24 / 24.09.2024
Müğənni Samir Piriyevin həyat yoldaşı 42 saylı məktəbin direktorundan şikayət etdi - VİDEO
Hazırda oxunan: Müğənni Samir Piriyevin həyat yoldaşı 42 saylı məktəbin direktorundan şikayət etdi - VİDEO
Hazırda oxunan: Müğənni Samir Piriyevin həyat yoldaşı 42 saylı məktəbin direktorundan şikayət etdi - VİDEO
212919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.