Müğənni Günay İbrahimli ünvanına deyilən şayiələrə cavab verib.
Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, bu haqda sənətçi "İncə səhər" proqramında danışıb.
Günay ona ünvanlanan "Deyirlər, banka külli miqdarda borcu var" sözlərinə "Dedi-qodulara əhəmiyyət vermirəm. Heç bir kreditim yoxdur, əvvəl maşın kreditim olub və bağladım. Bu yaxınlarda kiçik bir qəza keçirdim" cavabını verib.
Günay ailə qurması haqda suallara isə belə reaksiya verib:
"Toy sürpriz olsun. Paylaşımları deyirsinizsə, klip idi. Mən qışda toyu sevirəm".
Bizim.Media