Rusiyada məşhur aparıcının məzarı dağıdıldı - FOTO

Rusiyada məşhur aparıcının məzarı dağıdıldı - FOTO

Hazırda oxunan: Rusiyada məşhur aparıcının məzarı dağıdıldı - FOTO

212689

Rusiyanın paytaxtı Moskvanın Novodeviçye qəbiristanlığında naməlum şəxs məşhur teleaparıcı Aleksandr Maslyakovun məzarını dağıdıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, kişi məzarlığa gələrək xaçı yerindən qoparıb, çiçəkləri ətrafa atıb və şəkillərin yerini dəyişib.

Məlumata görə, mühafizəçilər naməlum şəxsi qəbiristanlığın ərazisindən çıxarıblar və onu hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər.

Xatırladaq ki, Aleksandr Maslyakov 2024-cü il sentyabrın 8-də vəfat edib. Aprel ayında Maslyakovun ağciyərində cərrahi əməliyyata uyğun olmayan şişə görə dəstəkləyici müalicə aldığı bildirilirdi. Teleaparıcının səhhətində problemlər 2022-ci ildə koronavirusa yoluxduqdan sonra başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO