Şarapova və Bekhem BİR ARADA

Şarapova və Bekhem BİR ARADA

Hazırda oxunan: Şarapova və Bekhem BİR ARADA

212397

“Böyük Dəbilqə”nin beşqat çempionu, dünya reytinqinin keçmiş bir nömrəsi, rusiyalı tennisçi Mariya Şarapova Nyu-Yorkda “Stella Summer Series”in şam yeməyinə qatılıb.

Bizim.Media xəbər verir ki, qonaqlar arasında İngiltərə millisi, “Mançester Yunayted” və “Real”ın sabiq futbolçusu Devid Bekhem də olub.

“Stella Artois ilə Nyu-Yorkda inanılmaz axşam”, – deyə bununla əlaqədar Şarapova sosial şəbəkədəki səhifəsində yazıb. Mariya Şarapova və Devid Bekhem məclisdə birlikdə şəkil də çəkdirib.

Xatırladaq ki, Şarapova Rusiyanın ən titullu tennisçisidir. Karyerası ərzində Mariya 39 WTA titulu qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO