Dəbdəbəli həyat geridə qaldı: Qohum və dostlarının dəstəyi ilə dolanırlar – FOTO

Dəbdəbəli həyat geridə qaldı: Qohum və dostlarının dəstəyi ilə dolanırlar – FOTO

Hazırda oxunan: Dəbdəbəli həyat geridə qaldı: Qohum və dostlarının dəstəyi ilə dolanırlar – FOTO

212357

Xəbər verdiyimiz kimi, ötən ilin noyabrında “çirkli pulların yuyulması” və vergidən yayınma ittihamları ilə həbs edilən türkiyəli fenomen cütlük Dilan Polat və Engin Polat azadlığa buraxılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Aramızda Kalmasın” verilişinə açıqlama verən cütlüyün vəkili Sevinç Horoz onların hazırkı maddi vəziyyəti və əmlakı ilə bağlı danışıb. 

O, cütlüyün öz evlərində yaşamağa davam edəcəklərini bildirib: 

"Öz evlərində yaşamağa davam edəcəklər. Avtomobilləri ilə bağlı yanlış məlumat var. Avtomobilləri polis maşını kimi istifadə edilməyəcək. Ailənin maşınları Əmanətlərinin Sığortalanması Fondunun dayanacağında saxlanılır. Biz heç bir geri qaytarma ilə bağlı tələb etmədik. Buna məhkəmə prosesi zamanı qiymət verəcəyik. 


Bəzi xərcləri topladıq. Mallarını geri alıb aktiv iş həyatına qayıtdıqdan sonra onları yenidən qiymətləndirəcəyik. Yaxın qohumlarının və dostlarının dəstəyi ilə dolanırlar”. 

İnstaqram hesabından aktiv istifadə etməyə başlayan Dilan Polat isə izləyicilərindən birinin "Sizə aid olan hər şeyi geri ala bildinizmi?" sualını belə cavablandırıb: 

"Bizə məxsus olan heç nəyi ala bilmədik. Məhkəmə prosesimiz davam edir. Ədalətə tam inamımız var. Maşınlarımız bizdə deyil. Hamısı dövlətin tabeliyindədir. Şirkətlərimiz də eyni şəkildə. Dolanışığımız necə olacaq, bilmirəm. Azadlığa çıxmışıq, bu bizim üçün hər şey deməkdir”. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO