Tiflisdə məşhur transgender model öldürüldü

Tiflisdə məşhur transgender model öldürüldü

Hazırda oxunan: Tiflisdə məşhur transgender model öldürüldü

212179

Gürcüstanın paytaxtı Tiflisdə məşhur transgender model Kesariya Abramidze öldürülüb.

Bizim.Media xəbər verir ki, o, evdə çoxsaylı bıçaq xəsarətləri ilə tapılıb.

Polis qəsdən adam öldürmə ilə bağlı araşdırmaya başlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı B.J saxlanılıb və ondan bıçaq götürülüb.

Qeyd edək ki, 37 yaşlı Abramidze 2018-ci ildə "Miss Trans Star İnternational" müsabiqəsində iştirakı ilə tanınıb. 

Qətl Gürcüstanda “LGBT təbliğatını” qadağan edən qanunun qəbulundan bir gün sonra baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO