Nigar efirdə evlilik təklifi edən hərbçiyə

Nigar efirdə evlilik təklifi edən hərbçiyə "hə" dedi - FOTO

Hazırda oxunan: Nigar efirdə evlilik təklifi edən hərbçiyə "hə" dedi - FOTO

21212

Əməkdar artist Nigar Şabanova efirdə ona evlilik təklif edən hərbçiylə nişanlanıb.

Bizim.Media xəbər verir ki, müğənni bu gün "hə" mərasimlərinin olduğunu bildirib. Evdə baş tutan məclisdən fotonu Nigar sosial şəbəkədə yayımlayıb.

"Aylardır hamının sualının cavabını bu gün deyim: hərbçimizə bu gün "hə" dedim. Xüsusi təyinatlı qüvvələrinin giziri, həyatıma xoş gəldin. Hər kəs bilir ki, XTQ şəklini paylaşmağa icazə yoxdur. Nazlı qayınanam İlhamə ana ilə şəklini paylaşıram. İnşallah, toy şəklimizdə görünər. Hərbçi xanımları, artıq mən də sizin sıranızdayam. Allah bizlərə bitməz, tükənməz sevgi və güc versin" deyə, Nigar bildirib.

Qeyd edək ki, ifaçı "Həmin Zaur" proqramında qonaq olarkən efirə zəng edən həbçi ona evlilik təklifi etmişdi.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO