Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Müğənni Kərim toyda DÖYÜLDÜ
Müğənni Kərim Abbasov fonoqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:
"Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma davam etdirilir".
Bizim.Media