Azərbaycanlı məşhur repçi evləndi – FOTO/VİDEO

Azərbaycanlı məşhur repçi evləndi – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanlı məşhur repçi evləndi – FOTO/VİDEO

209786

"Epi" ləqəbli məşhur repçi Əkbər Novruzlu evlənib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı repçi öz sosial şəbəkə hesabında paylaşım edib. 

Repçi nikah mərasimindən görüntüləri və nikah haqqında şəhadətnəmənin fotosunu izləyiciləri ilə bölüşüb. 25 yaşlı musiqiçi Fərəh adlı xanımla ailə həyatı qurub. 

Epi paylaşımında qeyd edib: "Gözü dəyənin gözü çıxsın. Subaylara qismət olsun". 

Qeyd edək ki, tanınmış repçi Əkbər Novruzlu 15 yanvar 1999-cu ildə Bakıda anadan olmuşdur. 2005–2016-cı illərdə 45 nömrəli orta məktəbdə təhsil almışdır. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Ə.Novruzlu "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO