Bred Pitin qızı ata soyadından rəsmən imtina etdi - FOTO

Bred Pitin qızı ata soyadından rəsmən imtina etdi - FOTO

Hazırda oxunan: Bred Pitin qızı ata soyadından rəsmən imtina etdi - FOTO

207563

Ancelina Coli və Bred Pittin 18 yaşlı qızı Şilo Nouvel Coli-Pitt nəhayət atasının soyadından imtina edə bilib. 

Bizim.Media “The People” jurnalına istinadən xəbər verir ki, bundan sonra Coli və Pitin qızı rəsmi olaraq Şilo Coli adını daşıyacaq. 

O, soyadını dəyişdirmək üçün ilk dəfə 18 yaşı tamam olduqda müraciət edib. Məhkəmənin qərarından sonra Kaliforniya ştatının qanunlarına uyğun olaraq soyad dəyişikliyini Şilo "Los Angeles Times"da soyadının dəyişdirilməsi ilə bağlı bir ay ərzində reklam hüquqi bildirişlər bölməsində görünməli olan elan dərc edib.  

Qeyd edək ki, Bred Pitt indi İnes de Ramonla münasibətdədir və şayiələrə görə artıq onunla birlikdə yaşayır. 

Şilodan başqa, 49 yaşlı Coli və 60 yaşlı Pittin daha beş övladı var - 22 yaşlı Maddoks, 19 yaşlı Zahara, 20 yaşlı Paks, 15 yaşlı Noks və 15 yaşlı Vivyen. 

Xatırladaq ki, kiçik qızı Vivien də Pitt soyadındam imtina edib. Ən azından Pitt soyadı prodüseri olan anası Ancelina Coli ilə birlikdə işlədiyi "The Outsiders” adlı musiqili filmin afişasında görünməyib. Bundan əvvəl Coli və Pitin böyük övladlığa götürülmüş qızı Zahara Pitt soyadından imtina etmişdi. Spelman Kollecindəki Alpha Kappa Alpha cəmiyyətində Zahara Marli Coli olaraq siyahıya alınır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO