Samirə Əfəndinin “Eurovision 2021” üçün geyimi kəskin tənqid olundu - VİDEO

Samirə Əfəndinin “Eurovision 2021” üçün geyimi kəskin tənqid olundu - VİDEO

Hazırda oxunan: Samirə Əfəndinin “Eurovision 2021” üçün geyimi kəskin tənqid olundu - VİDEO

20738

Azərbaycanı “Eurovision 2021” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi artıq Rotterdamda məşqlərə başlayıb. 

Bizim.Media xəbər verir ki, müğənni “Mata Hari” mahnısını və ona qurulan şounu yarışmanın baş tutacağı “Ahoy” arenasında məşq edib. 

Məşqdən yayımlanan görüntülər xeyli söz-söhbətə səbəb olub. Bir qisim bu görüntüləri alqışlasa da, fərqli kəsim isə Samirənin və onun müşayiət edən qrupun geyimlərini kəskin tənqid edib.

Qeyd edək ki, “Eurovision 2021” mayın 18 – dən 22 – nə kimi keçiriləcək. Samirə mayın 18 – də birinci yarımfinalda səhnəyə çıxacaq. 

Məşqdən videonu sizə təqdim edirik:

Aliyə İlyas, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO