Rusiyalı repçidən xanımına milyonluq hədiyyə - FOTO

Rusiyalı repçidən xanımına milyonluq hədiyyə - FOTO

Hazırda oxunan: Rusiyalı repçidən xanımına milyonluq hədiyyə - FOTO

20609

Məşhur rusiyalı repçi Ciqan və həyat yoldaşı Oksana Samoilova Maldiv adalarında hovuzu və 10 yataq otağı olan lüks iki göyərtəli yaxta kirayəyə götürüblər.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, ulduz ailə, dostları ilə birlikdə Maldivə səyahət ediblər.

Pandemiya səbəbi ilə səyahət üçün bir çox seçim olmadığına görə, cütlük orada komendant saatı tətbiq olunmasına baxmayaraq yenidən Maldiv adalarına üz tutublar.

Reperin həyat yoldaşı Maldivdə bir çox lüks otellərdə dincəldiyini və bundan çox sıxıldığını deyib. Həyat yoldaşının tətilini daha da rəngarəng etmək üçün Ciqan bu dəfə onun üçün lüks yaxta kirayə götürüb.

Repçinin həyat yoldaşı İnstaqram hesabı üzərindən izləyiciləri üçün yaxtaya onlayn tur təşkil edib. Model rahat oturma yerləri olan bir teras, 10 yataq otağı və cakuzili göyərtəni pərəstişkarlarına nümayiş etdirib.  

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO