Sevda Yahyayeva:

Sevda Yahyayeva: "Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam"

Hazırda oxunan: Sevda Yahyayeva: "Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam"

203781

Müğənni Sevda Yahyayeva üçüncü övlad istəmədiyini açıqlayıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında canlı yayım zamanı ona ünvanlanan sualları cavablandırarkən deyib. Sevda həyat yoldaşı ilə bu mövzuda həmfikir olmadıqlarını söyləyib:

"Yox, üçüncü uşaq istəmirəm. Çünki həyat yoldaşım onun çətinliyindən xəbərsizdir. Elə iki dənə bəsidir. Deyir, üçüncü uşaq olmasa, boşayacağam səni.

İkisinə güclə baxırıq, üçüncünü də istəyir. Səhər gedir, axşam gəlir, Evdə baş verənlərdən xəbəri yoxdur. Allah bütün balaları saxlasın. Bütün arzusunda olanlara nəsib etsin, gözəl hislərdir. Qoy, uşaqlar dünyada xoşbəxt, sağlam, analı-atalı böyüsünlər, gözəl bəxtləri olsun, yaxşı insanlarla rastlaşsınlar. Amma mənə ikisi bəsdir".

Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün 2 qız övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO