Xalq artisti Flora Kərimova doğum gününü belə QEYD ETDİ - VİDEO

Xalq artisti Flora Kərimova doğum gününü belə QEYD ETDİ - VİDEO

Hazırda oxunan: Xalq artisti Flora Kərimova doğum gününü belə QEYD ETDİ - VİDEO

203588

Xalq artisti Flora Kərimovanın 83 yaşı tamam olub.

Bizim.Media xəbər verir ki, dostları Xalq artistini doğum günündə yalnız buraxmayıblar.

Müğənni Rövşən Civişov Xalq artistini bağında ziyarət edib, doğum günü münasibətilə sənətkarı təbrik edib.
Qeyd edək ki, Flora Kərimova 1941-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.

Flora Kərimova 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası (nümunə üçün "Qayınana" filmində "Dilbər"in ariyası), Milli Opera janrının, xalq və bəstəkar mahnılarının və klassik art-estrada (sovet estradası) janrlarının mahir ifaçısıdır.

Sözügedən görüntüləri təqdim edirik:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO