İbrahim Tatlısesin əməliyyatdan sonra ilk istəyi bu oldu - FOTO

İbrahim Tatlısesin əməliyyatdan sonra ilk istəyi bu oldu - FOTO

Hazırda oxunan: İbrahim Tatlısesin əməliyyatdan sonra ilk istəyi bu oldu - FOTO

203569

Ürək əməliyyatı keçirən İbrahim Tatlısesin həkimi sənətçinin oyandıqdan sonrakı vəziyyəti ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə "TRT1" məlumat yayıb.

Bildirilib ki, oyandıqdan iki gün sonra konsert proqramına qayıdan İbrahim Tatlısesin həkimi Kardiologiya Mütəxəssisi Prof. Dr. Mehmet Vefik Yazıcıoğlu əməliyyat olunduğu gün baş verənlərdən və əməliyyatın çətinliyindən danışıb.

"Sanki iki Əzrayıl qarşımızda dayanmışdı. Əməliyyat bitdikdən sonra o hələ özünə gəlməmiş dediyi ilk söz "ailəm" oldu. Daha sonra "Mavi Mavi" mahnısını birlikdə oxuduq. Özümüzü alqışladıq. Hətta çöldə bizi izləyən sevənləri də alqışlamağa başladılar. Sonra onu dincəlməsi üçün tək qoydum", - deyə həkim qeyd edib.
M.V.Yazıçıoğlu sənətçinin ilk istəyinin lahmacun olduğunu da qeyd edib: "Əməliyyat bitdikdən 4 saat sonra İbrahim Tatlısəsin otağına getdim. Gördüm ki, lahmacun yeyir. Məni də dəvət etdi".

Qeyd edək ki, sənətçi hazırda əməliyyat məqsədilə yarımçıq qoyduğu Harbiye konsert proqramına davam edir.
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO