Alsunun milyarder ərinin vəkili boşanma işindən DANIŞDI - FOTO

Alsunun milyarder ərinin vəkili boşanma işindən DANIŞDI - FOTO

Hazırda oxunan: Alsunun milyarder ərinin vəkili boşanma işindən DANIŞDI - FOTO

203505

Rusiyalı ulduz Alsudan boşanma prosesi davam edən yəhudi milyarder əri Yan Abramovu təmsil edən vəkil Aleksandr Dobrovinski cütlüyün məsələsi ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, vəkil bildirib ki, Abramov üçün uşaqların rifahı əsas məsələdir. 

“Bir müddət əvvəl Yan Abramov bizim vəkillər büromuza gəldi, biz sənədlər imzaladıq, indi mən onun maraqlarını məhkəmədə təmsil edəcəyəm. O dedi ki, onun üçün birinci yerdə olan məsələ uşaqlarının sakit həyatıdır. Əgər ailəni xilas etmək mümkün deyilsə, o zaman uşaqların sağlamlığını və rifahını qorumaq vacibdir”, - deyə Dobrovinski vurğulayıb.  

Qeyd edək ki, Alsu və Yan Abramovun üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və 6 yaşlı Rafael. Valideynləri boşandıqdan sonra hansı uşağın kiminlə qalacağı hələlik məlum deyil. Keçmiş həyat yoldaşları yalnız uşaqların qəyyumluğunu deyil, həm də əmlakını bölüşəcəklər. 

Boşanma prosesi başlamazdan əvvəl Abramov Alsuya sülh yolu ilə danışıqlar aparmağı təklif edib və ailəni xilas etmək mümkün olmadıqda, ona 2,5 milyard rubl təzminat ödəyəcəyini vəd edib. Alsu isə buna inanmayıb və vədlərlə razılaşmayıb. Tərəflərin boşanma ilə bağlı məhkəməsinin yaxın müddətdə baş tutması gözlənilir. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO