Castin Biberin model arvadı Haylidən hamilə FOTOSESSİYA

Castin Biberin model arvadı Haylidən hamilə FOTOSESSİYA

Hazırda oxunan: Castin Biberin model arvadı Haylidən hamilə FOTOSESSİYA

203339

Dünya pop səhnəsinin ulduzu Castin Biberin məşhurluqda özündən geri qalmayan model hamilə arvadı Hayli Biber “W Magazine” dərgisinin xüsusi yay buraxılışının üz qabığını bəzəyib.

Bizim.Media xəbər verir ki, supermodel dərgi üçün obyektiv qarşısına keçərək yuvarlaq qarnını nümayiş etdirib.

Müsahibənin əsas mövzularından biri Heylinin hamiləliyi olub.
“Mən sadəcə bətnimdəki körpəmin nə istədiyini dinləyirəm. Əgər körpə pizza istəyirsə, menyumda pizza olacaq”, - deyə model bildirib.

Onun pəhrizinə hamiləliyi müddətində xüsusi olaraq işə götürdüyü özəl aşpaz nəzarət edir. Hamiləliyini 6 ay gizlədən supermodel bu sirri saxlamağa davam edə bilməməsinin səbəbini belə izah edib:

“Yəqin ki, son dəqiqəyə qədər hər şeyi gizlədə bilərdim, amma hamiləliyimdən açıq zövq ala bilmədim. Mənə elə gəlirdi ki, hansısa böyük sirri gizlədirdim və bu, xoşagəlməz idi, ictimaiyyətə görünmək və həyatımı yaşamaq istəyirdim”.

Qeyd edək ki, Heyli Biber aktyor Stiven Balduinin və qrafik dizayneri Kenni Deodatonun qızıdır.





















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO