Ukraynanın Xalq artisti Ani Lorak (əsl adı Karolina Kuek) Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, buna səbəb sənətçinin ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalında iştirakıdır.
45 yaşlı Ani mötəbər festivala qızı Sofiya ilə birgə qatılıb. "Ana-bala" qırmızı xalı üzərində addımlayaraq paparasilərin obyektivinə pozlar veriblər. Daha sonra Lorak övladı ilə media nümayyəndələrinin qarşısına çıxaraq, onların suallarını cavablandırıb.
Diqqətçəkən məqamlardan biri ulduzun geyimi olub. Həm Ani həm də qızı Sofia festivalın açılış mərasiminə qara rəngli libasda qatılıb.
Qeyd edək ki, bir müddət əvvəl Ani Lorak bu ilin fevralında vətəndaşlıq üçün Rusiya Federasiyasına müraciət edib.
Rəşad Əliyev, Bizim.Media