Qlyukoza səhnədəki biabırçı çıxışından sonra sükutu pozdu: “Vəziyyətim çox ağırdır” 

Qlyukoza səhnədəki biabırçı çıxışından sonra sükutu pozdu: “Vəziyyətim çox ağırdır” 

Hazırda oxunan: Qlyukoza səhnədəki biabırçı çıxışından sonra sükutu pozdu: “Vəziyyətim çox ağırdır” 

203213

Rusiyada Natalya Çistyakova-İonova kimi tanınan estrada ulduzu “Qlyukoza” Krasnoyarskdakı biabırçı çıxışından sonra açıqlaması ilə sükütu pozub. 

Bizim.Media xəbər verir ki, sənətçi səhnədəki vəziyyətini antidepresanların və yuxu dərmanlarının yan təsiri kimi izah edib.  

O, hərəkətlərini nənəsinin ölümündən və keçmiş prodüseri Maksim Fadeyevlə mübahisədən sonra başlayan çətin bir dövr keçirməsi ilə əlaqələndirib: 

“Son bir ay məni böyüdən, həyatımın əsas insanı və dayağım olan nənəmin ölümü mənim üçün ən çətin oldu”. 

Natalya kömək üçün həkimlərə müraciət etdiyini vurğulayıb. O, hazırda vəziyyətinin çox ağır olduğunu bildirib: 

“Yuxum qaçıb, panik ataklarlarım çox güclənib. Mənə dərmanlar, yuxu həbləri və antidepresanlar yazılmışdı. Həyatımda ilk dəfədir ki, belə dərmanlar qəbul edirəm və onların mənə necə təsir etdiyini bilmirdim”. 

Bundan sonra o, ictimaiyyətdən bağışlanmasını istəyib: 

“Konserti bəyənənlər oldu, səhnə mənim bütün həyatımdır, sizi məyus etdiyim üçün üzr istəyirəm.” 

Xatırladaq ki, Krasnoyarsk sakinləri qonaq olan Qlyukozanın konsertindəki hərəkətlərindən məəttəl qalıblar. Onlar müğənninin səhnədə mahnını ifa edərkən düzgün nota düşməməsindən, qasıq nahiyəsinə toxunmasından və qəribə danışığından şikayətləniblər. 

Şoka düşən şəhər sakinləri konsertdən videoları sosial şəbəkədə paylaşmağa başlayıblar. Tamaşaçılar ulduz qonağı sözün əsl mənasında səhnədən qovublar. Vokalçı qeyri-qanuni maddələrdən istifadə etməkdə ittiham olunub. Nəticədə biabırçı konsertin təşkilatçıları müqavilənin şərtlərini lazımınca yerinə yetirmədiyinə görə müğənnini məhkəməyə verəcəklərini açıqlayıblar. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO