Meyxanaçı Ağamirzədən valideynlərə ÇAĞIRIŞ: “Uşağınızı dənizə aparmayın” – VİDEO 

Meyxanaçı Ağamirzədən valideynlərə ÇAĞIRIŞ: “Uşağınızı dənizə aparmayın” – VİDEO 

Hazırda oxunan: Meyxanaçı Ağamirzədən valideynlərə ÇAĞIRIŞ: “Uşağınızı dənizə aparmayın” – VİDEO 

203207

Meyxanaçı Ağamirzə Məmmədov valideynlərə çağırış edib.  

Bizim.Media xəbər verir ki, söz xiridarı dənizdə batanlarla bağlı sosial şəbəkə hesabında videomüraciət yayıb.  

A.Məmmədov valideynlərə səslənərək övladlarının dənizə getməyə icazə verməməsini tövsiyə edib: 

“Allaha and olsun nə göydə, nə yerdəyəm. Sizdən xahiş edirəm, xalqım, millətim, uşaqlarınızı dənizə aparmayın. Aparın, qoymayın çimməyə, əllərin yudu, ayağını suya saldı bəsdir. Ürəyim dözmür, nə qədər ölüm xəbəri olar. Hər birinizdən xahiş edirəm, pis oluram. Nə qədər xəbərlər eşidirik: uşaqlar, cavanlar, yaşlılar. Qırıldıq getdik. Ləzzətini qoyduq bir yana, çimməyin, girməyin suya. 

O qədər xəbər alıram ki, ürəyim dözmür. Dedim belə müraciət edim. Özünüz də getdiniz, nəzarət edin. Nə dənizə, nə kanala, nə gölə, nə uşaqlarınız, nə özünüz gedin. Dayanın kənarında, havasını alın bəsdir. Elə pis olmuşam ki...”  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO