“Faytonçu” Nazim: “Musiqiçilər Elçin Cəlilovu pis yola sürükləyib, onu məhv etdilər” – VİDEO 

“Faytonçu” Nazim: “Musiqiçilər Elçin Cəlilovu pis yola sürükləyib, onu məhv etdilər” – VİDEO 

Hazırda oxunan: “Faytonçu” Nazim: “Musiqiçilər Elçin Cəlilovu pis yola sürükləyib, onu məhv etdilər” – VİDEO 

203187

“Günlərin bir günü toyda idim. Ofisiantlardan biri yaxınlaşıb mənə dedi ki, Nazim bəy, sizi restoranın dəhlizinə yaşlı bir kişi çağırır. Ora gedəndə mərhum Elçin Cəlilovu gördüm. Yaşlı kişi... Elçin mənimlə yaşıd idi. İkimiz də 1968-ci ildənik. O mənzərəni görmək istəməzdim. Elçinin saçı səliqəsiz, üzü saqqallı, əyin-başı isə tör-töküntülü idi. Söylədi ki, mənə biraz pul ver, çıxıb gedim. Elçin özü də bu vəziyyətindən xəcalət çəkirdi. Çünki özü də kim olduğunu gözəl anlayırdı. O, pulu istəyəndə də utana-utana istəyirdi. Hiss olunurdu ki, içindəki vicdan onun parçalayır. O məndən 20 manat pul istəyirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Faytonçu” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Nazim Pişiyari mərhum həmkarı Elçin Cəlilova həsr edilən “O üz” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, mərhumun ətrafındakı musiqiçilər E.Cəlilovu pis yola sürükləyərək onu məhv etdilər: 

“Elçin Cəlilov zamanında ən populyar müğənnilərdən belə toylara qat-qat baha qiymətə gedirdi. O, Xalq artistləri Məmmədbağır Bağırzadə, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova kimi məşhurlarla bir yerdə el şəbliklərinə gedirdi. Onlar 1000-2000 manata toya gedirdilərsə, Elçin 3000 manata gedirdi. Elçin demək olar ki, hər gün toya gedirdi. Ona çox böyük tələbat vardı. Mənfur insanlar Elçində o çox sayda pulu gördülər. Ətrafında olanlar çalışdılar ki, onu sənətdən uzaqlaşdırsınlar, həm də o, müəyyən şeylərə görə onların sponsoru olsun. Onu pis yola sürükləyən isə Elçinin yanında olan musiqiçilər idi. Axı musiqiçi müğənni qədər toydan pul qazanmır. Ona görə də o musiqiçilər Elçinin üstünə qonmuşdular. O musiqiçilər indi də yaşayırlar. Onlar Elçini uçuruma apardılar və onu məhv etdilər”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO