Mərhum xanəndə Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva ilk dəfə efirə çıxıb.
Bizim.Media xəbər verir ki, Şəlalə atasına həsr edilən “O üz” verilişinə müsahibə verib.
Valideynini “Ailə həyatı quranda atamın yanımda olmağını çox istəyərdim” sözləri ilə xatırlayan Ş.Vəliyeva göz yaşı axıdıb:
“14 yaşımda atamı itirdim. Onun haqda danışanda çox kövrəlirəm. Demək olar ki, hər zaman yanımda olurdu, məni aparıb, gətirirdi. Onun qəfil getməyi mənə çox pis təsir etdi. Ailə həyatı quranda atamın yanımda olmağın çox istəyərdim. Mənə xeyir-dua versin.
Atam dünyasını dəyişən gündən ta gənc yaşlarına kimi çox çətinliklərdən keçdim. Çox boşluqlar oldu. Mən əzab-əziyyətlə böyümüşəm. Onun sənətə gətirdikləri də çox olub. Onun sənət aləmindən çox dostları olub, amma o dünyasını dəyişəndən sonra onlar atamı axtarmayıblar. Heç sənət dostlarından məzarı üstə gələnlər də olmayıb. Yaxşı ki, mən Elçin Cəlilovun övladıyam”.
Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılmışdı.
37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilmişdi. Xanəndə Mehdiabad qəbiristanlığında dəfn olunub.
Rəşad Əliyev, Bizim.Media