Qoxmaz Əlilicanzadə: “Ölmək istəyirəm, hər şeydən və hamıdan bezmişəm” – VİDEO

Qoxmaz Əlilicanzadə: “Ölmək istəyirəm, hər şeydən və hamıdan bezmişəm” – VİDEO

Hazırda oxunan: Qoxmaz Əlilicanzadə: “Ölmək istəyirəm, hər şeydən və hamıdan bezmişəm” – VİDEO

202831

“Dua edirəm ki, Allah mənə atam qədər ömür versin. 95 yaşında vəfat edib. O qədər görüləcək işlərim var. Ölmək bu dəqiqə istəyərəm, o qədər hər şeydən, hamıdan bezmişəm ki... Məni yaşadan sənətdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Qoxmaz Əlilicanzadə qonaq olduğu “YouTube”da yayımlanan “Mən” layihəsində deyib.

Aktyor həm səhhətindən həm də ideyası olan 10-a yaxın musiqi alətindən danışıb:

“12 il əvvəl Allah mənə istedad verib, musiqi alətləri düzəltmişəm. İndi musiqiçi axtarıram, bir baxan yoxdur. Bu 10-a yaxın alətdir. Allaha deyirəm ki, bunu verdin, indi imkan yetir başa çıxartdım. Yaşlıyam, şəkərim var, “paraliç” keçirtmişəm. Gözləyirlər mən öləndən sonra öz adlarına yazsınlar. Bir buna görə ölmək istəmirəm. İstəyirəm ki, məni də öləndən sonra 3 gün saxlasınlar”.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO