Tolik Zaurun Vəfaya verdiyi suala ƏSƏBİLƏŞDİ - VİDEO

Tolik Zaurun Vəfaya verdiyi suala ƏSƏBİLƏŞDİ - VİDEO

Hazırda oxunan: Tolik Zaurun Vəfaya verdiyi suala ƏSƏBİLƏŞDİ - VİDEO

202679

Tolik ləqəbi ilə şou-biznesdə məşhurlaşan aparıcı və prodüser Tarix Əliyev efirdə həmkarı Zaur Nəbioğluna etiraz edib. 

Bizim.Media xəbər verir ki, hadisə “Xəbərin var?” maqazin verilişində baş verib. 

Buna səbəb Zaurun aparıcısı olduğu verilişində müğənni Vəfa Şərifovaya ünvanladığı “Sən yaxşı oxuyursan, yoxsa Xalq artistləri Aygün Kazımova və Röya Ayxan?”. 

Tolik Z.Nəbioğlunun Vəfaya düzgün sual ünvanlamadığına görə, onu bu sözləri ilə tənqid edib: 

“Çox olub ki, veriliş yayımlana-yayımlana canlı efirə zəng vurub sözümü demişəm. Aparıcı mənə cürət edib deməyib ki, “Sən ki, Xalq artisti Röya Ayxanla çalışmırsan niyə zəng etmisən?” Mən aparıcı Zaur Nəbioğlunun xətrini çox istəyirəm. O gün oturub onun verilişini izləyirəm və görürəm ki, Zaur qonaq olan müğənni Vəfa Şərifovaya “Aygün Kazımova, Röya Ayxan, yoxsa sən yaxşı oxuyursan?” sualını verir.

Bu heç müqayisə olunacaq bir məsələ deyil. Vəfa onun bu sualına “Aygün və Röya illərini bu sənətə qoyublar. Siz onları bizimlə niyə müqayisə edirsiniz” deyə cavab verib. Bu minvalla Vəfa aparıcıya irad bildirdi.
Mənə sual versələr ki, “Prodüserlər içində işinin peşəkarı sənsən, yoxsa filankəsdir?” Cavab verərəm ki, “Mən”! Niyə “Mən” deyərəm çünki özgüvənim var. Bəli “mən” sözümü Vaqif Gərayzadənin, Asif Kərimovun, Nigar Hacızadənin yanında demərəm. Amma onlardan sonra gələn prodüserlərin içində deyərəm ki, “Bəli, mən birinciyəm”. Çünki mən prodüser kimi işlər görmüşəm ancaq müğənni ilə toylara getməmişəm”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO