Xalq artisti Aygün Kazımova həftələrdir ən çox dinlənilən və izlənilən “S.O.S” adlı mahnısına Türkiyədə çəkdiyi klipinin kadrarxası görüntülərini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, 53 yaşlı sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Türkiyəli rejissor Selim Akara həvalə edən iddialı ekran işinin üzərində 60 nəfərdən ibarət yaradıcı heyət çalışıb. Klipdə Kazımovanı “Vogue” tərzində rəqs edən 15 rəqqas müşayiət edib.
Qeyd edək ki, ölkəmizdə bu günə kimi “Vogue” rəqs tərzinə müraciət edən ifaçı olmayıb. Burada da Aygün ilkə imza atıb.
Rəşad Əliyev, Bizim.Media