Teymur Əmrah: “Dövlət qurumu konsertimdən 100 min qazandı, mən isə evə pulsuz getdim” - VİDEO

Teymur Əmrah: “Dövlət qurumu konsertimdən 100 min qazandı, mən isə evə pulsuz getdim” - VİDEO

Hazırda oxunan: Teymur Əmrah: “Dövlət qurumu konsertimdən 100 min qazandı, mən isə evə pulsuz getdim” - VİDEO

202392

Əməkdar artist Teymur Əmrah solo konsert verməməsinin səbəbini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Qonaqcanlı” verilişində danışıb. 

T.Əmrah bildirib ki, 4 il əvvəl konsert versə də, oradan heç bir gəlir əldə etməyib: 

“2020-ci ildə Heydər Əliyev Sarayında konsertim oldu. 8 günə biletlər satıldı. Fərhad Babayev mediaya dedi ki, 40 ildir buradayam, hələ belə satış olmamışdı. Bir qurum var, adını açıqlamayacağam. İki dövlət idarəsində işləyirəm. Orada iclas oldu, dedi ki, buradan maaş alırsınız, filan konserti verməlisiniz. Heydər Əliyev Sarayı əvvəl 2000, indi 1800 tamaşaçı tutur.
Bilet 25 manatdan 100 manata qədər idi. Həmin qurum biletdən 90, 100 min manata yaxın pul götürdü, mənə isə 5 min manat verdilər. Hamısını musiqiçilərə verdim, evə pulsuz getdim”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO