Ukraynadan qaçan Sofiya Rotaru Sardiniyada gizlənir, Rusiyada isə əmlaklarını satır

Ukraynadan qaçan Sofiya Rotaru Sardiniyada gizlənir, Rusiyada isə əmlaklarını satır

Hazırda oxunan: Ukraynadan qaçan Sofiya Rotaru Sardiniyada gizlənir, Rusiyada isə əmlaklarını satır

202379

Uzun müddətdir ki, əslən Ukraynadan olan rus estrada müğənnisi Sofiya Rotarudan xəbər yoxdur. 

Bizim.Media xəbər verir ki, Rusiya ilə Ukrayna arasında xüsusi hərbi əməliyyat başladıqdan sonra 76 yaşlı sənətçi Konça-Zaspanın elit Kiyev rayonundakı malikanəsində sığınaraq qastrol səfərlərini və korporativ fəaliyyətlərini dayandırıb. 

Lakin “Komsomolskaya Pravda” nəşri Sofiyanın İtaliyaya köçməsi haqda məlumat əldə edib. 

“Rotaru uzun illər ard-arda İtaliyanın Sardiniya adasında tətildə olub. Kiyevdən hara getmək sualı yarananda müğənni ora gedib. Sardiniya adasında Sofiya Mixaylovna 4 milyon avroya dəniz sahilində villa, 1 milyon avroya isə bir yaxta alıb. 
Müğənniyə yaxın mənbə qeyd edib ki, Rotaru villa ilə yaxtanı oğlu Ruslanın adına rəsmiləşdirib. İndi Rotaru oğlu və həyat yoldaşı ilə Sardiniyada yaşayır. Nəvələri Anatoli və Sonya ABŞ-da məskunlaşıb. Onlar tez-tez nənələrini və valideynlərini ziyarət etmək üçün Sardiniyaya uçurlar”, - deyə mənbə nəşrə bildirib. 

Məlumatda həmçinin vurğulanıb ki, sənətçiyə Dubaydakı çıxışları üçün 100-150 min avro təklif olunur. Lakin Rotaru bundan imtina edir.

Onun demək olar ki, bütün musiqiçi qrupu Kiyevdə qalıb. Sənətçi indi pul dalınca qaçmır. Çünki o, Rusiyadakı karyerası ərzində yaxşı pul qazanıb. Sofiya Rusiyaya geri qayıtmağı planlaşdırmır. Onun Rusiya ərazisində çox sayda daşınmaz əmlakı var. Bir il əvvəl sənətçi Yaltadakı Qoqol küçəsindəki mənzilini satıb. Ulduz Yaltada başqa bir mənzilini də satıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO