Hacı İsmayılov:

Hacı İsmayılov: "Televiziya rəhbəri olsaydım, efirə əxlaqı olmayanları çıxarmazdım"

Hazırda oxunan: Hacı İsmayılov: "Televiziya rəhbəri olsaydım, efirə əxlaqı olmayanları çıxarmazdım"

202358

"Zamanın nöqsanıdır. Əvvəl uşaqlar böyük-kiçik yeri bilirdi. İndiki zamanda bilmirəm, bu, qəddarlıqdır, ya nə, məktəblərdə xoşagəlməz hadisələr baş verir. Nəzarəti gücləndirmək lazımdır". 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Hacı İsmayılov "YouTube"da yayımlanan "Otaq 9" verilişində deyib. 

80 yaşlı aktyor telefonların uşaqların psixologiyasına neqativ təsir etdiyini və aqressiya yaratdığını bildirib: 

"Telefonlarda, filmlərdə uşaqların qəddar olmasına gətirib çıxaran o qədər nüanslar var ki. Onlara baxırlar və təsir edir. Nəzarəti gücləndirmək lazımdır. Uşaqlarda təhsilə maraq oyatmaq lazımdır. Əvvəl gəzəndə görürdüm ki, oturacaqda və ya metroda əyləşib kitab oxuyurlar. Amma indi görmürəm. Hamı oturub elə telefonla məşğul olur. Telefon aqressiya, xoşagəlməz hisslər yaradır. Uşağı indiki zamanda boş buraxsan, tez pozula bilər". 

Televiziyaların məzmunca bayağılaşdığını söyləyən H.İsmayılov efirləri və ora qonaq qismində dəvət olunan bir sıra şəxsləri sərt şəkildə tənqid edib: 

"Televiziya rəhbəri olsaydım, qoymazdım ki, efirə səviyyəsiz adamlar çıxsın. Əxlaqı olmayan adamın çıxıb orada əxlaq dərsi deməyi gülməlidir. Televiziyaya çıxan nə dediyini bilməlidir ki, ona tamaşaçılar baxır. Ağzına gələni deyə bilməzsən, bu, ayıb, mənəviyyatsızlıq, məsuliyyətsizlikdir. Hər halda çox çətin zamandır. Dövr çox dəyişib. Qlobal hadisələr o qədər güclü cərəyan edir ki, kimin haqlı, kimin haqsız olduğunu anlamaq çətindir". 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO