Elza

Elza "od püskürdü": "Bu meyxanaçılar gəncləri pozurlar" - VİDEO

Hazırda oxunan: Elza "od püskürdü": "Bu meyxanaçılar gəncləri pozurlar" - VİDEO

202346

"Dillərində və nitqlərində qüsur olan şəxslər efirə çıxıb, bahalı avtomobilləri, onların nömrələri və evləri haqda danışaraq gündəmə gəlirlər. Yəni onlar yalnız belə məsələlərlə gündəmdə qalırlar".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Xəbər - ətər" verilişində deyib.

Sənətçi sözləri düzgün şəkildə tələffüz edə bilməyən meyxanaçıları sərt şəkildə tənqid edib. Seyidcahan həmin söz xiridarlarının gənc nəslə pis nümunə olduqlarını bildirib:

"Sosial şəbəkələrdə "Filənkəs müğənnini toyda pul yağışına tutdular" kimi başlıqlar və videolara rast gəlirik. Baxırsan ki, meyxanaçıdır adını "söz xiridarı" qoyub amma "ç" hərifi ilə olan sözləri ifadə edəndə "ts" deyir. "Çarə" sözünə "tsarə" deyir. Əgər sənin dilində və nitqində qüsur varsa, səni efirə buraxmamalıdırlar.

O bahalı avtomobil və ona bahalı nömrə, bahalı ev alan meyxanaçıdan xahiş edirəm... Sizin böyük dinləyici kütləniz var, onları səhv tələffüsünüzlə pozmayın. Misal üçün sizi sevən gənclər "canım" sözünə "dzanım", "çarə" sözünə isə "tsarə" deyəcəklər. Söyləyəcəklər ki, bu meyxanaçı bahalı avtomobil sürüb, bahalı paltar geyinir və "çarə"yə "tsarə" deyir, qoy mən də o sözü elə deyim. 
"Qarabağ Azərbaydzandır" sözü yoxdur! Bu sözün düzgün deyiliş tərzi "Qarabağ Azərbaycandır”".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO