“Mən 2015 və 2020-ci illərdə parlament seçkilərinə qatılmışam, öz namizədliyimi irəli sürmüşəm. Bu il də deputat olmaq üçün namizədliyimi göyün yeddinci qatı dairəsindən irəli sürmüşəm”.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar artist Elza Seyidcahan Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürüb-sürməyəcəyini belə şərh edib:
“Allahın köməkliyi ilə mən də namizədliyimi irəli sürəcəyəm. Beşin üstənə dörd gələndə doqquz edir, amma mən göyün yeddinci qatı seçki dairəsindən seçkilərə qatılacağam. Mənim bu açıqlamamı oxuyan oxucularım nə demək istədiyimi anlayacaqlar. Necə deyərlər Arifə bir işarə yetər”.
“Özünüzlə yanaşı digər hansı həmkarınızı və ya sənət nümayəndəsini Milli Məclisdə deputat görmək istəyirsiniz?” sualını E.Seyidcahan belə cavablandırıb:
“İstərdim ki, Xalq artisti Brilliant Dadaşovanı deputat görüm. O sənətə və istedadlı insanlara çox düzgün dəyər verir. Brilliant xanım sənətini baha alıb, amma heç zaman ucuz satmayıb. Hər zaman sənətə xidmət edib. Brilliant Dadaşovadan savayı istərdim ki, Xalq artistlərimiz Rasim Balayev və Afaq Bəşirqızı da parlament seçkilərində namizədliyini irəli sürsünlər və deputat seçilsinlər. Çünki onlar Milli Məclisdə oturmağa layiq şəxslərdəndirlər. Onlar əsl sənət fədaiələri və sənətlərinin peşəkarlarıdır”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:33 / 16.07.2024
Deputat olmaq istəyən Elza – Namizədliyini bu seçki dairəsindən irəli sürəcək - ÖZƏL
Hazırda oxunan: Deputat olmaq istəyən Elza – Namizədliyini bu seçki dairəsindən irəli sürəcək - ÖZƏL
Hazırda oxunan: Deputat olmaq istəyən Elza – Namizədliyini bu seçki dairəsindən irəli sürəcək - ÖZƏL
202255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.