Bloger Aysel Şükür üçüncü dəfə ərə gedir.
Bizim.Media xəbər verir ki, bu haqda Aysel sosial şəbəkə hesabında məlumat yayıb.
Türkiyənin turist bölgəsi sayılan Kapadokiyada istirahət edən Şükürə sevgilisi sürpriz edib. Hava şarına minən Aysel orada evlilik təklifi alıb. Görüntüləri sosial şəbəkədə yayımlayan bloger “Mən “hə” dedim. Ömür-gün yoldaşımla dostlarımız birləşib mənə sürpriz hazırlayıblar” sözlərini yazıb.
Qeyd edək ki, A.Şükür ilk əri Elşən Əsgərlidən qalmaqallı şəkildə ayrılıb. O, daha sonra Oqtay Əhmədovla ailə qurub. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğul övladı var. Aysel keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.
Rəşad Əliyev, Bizim.Media