Hiss: “Ailə qurub, 40 yaşında dünyaya uşaq gətirmək istəyirəm” – VİDEO 

Hiss: “Ailə qurub, 40 yaşında dünyaya uşaq gətirmək istəyirəm” – VİDEO 

Hazırda oxunan: Hiss: “Ailə qurub, 40 yaşında dünyaya uşaq gətirmək istəyirəm” – VİDEO 

202215

“Arzularımın içində ailə qurmaq da var. Uşağımın olmasını istəyirəm. Amma ən birinci sənətdir. Burada istədiyimə nail olduqdan sonra ailə qurmaq proseslərini həyata keçirməyə başlayacağam. Mən 40 yaşda da dünyaya uşaq gətirə bilərəm. Sevdiyim şəxs də var. O mənə hər şeydə dəstəkdir. Mən heç kimdən bu həyatda heç nə ummuram və güdmürəm. Ona sözlərim yoxdur, çünki bütün gün bir yerdəyik, hər şeyi də bilir. O mənim geyimimə, hərəkətimə irad bildirmir. Hər zaman deyir ki, sən bir nömrəsən və sənin kimi müğənnidən Azərbaycanda yoxdur, heç kimə fikir vermə, öz işini gör. Bax, belə sevgilim var mənim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədli qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Körpələr evində böyüyən ifaçı bildirib ki, ata qayğısı görməsə də, onu çoxdan bağışlayıb: 

“Anam mənim hər zaman yanımda olub, amma atam yox. İkisi də yaşayır. Atamla münasibət yoxdur. Mən atamı çoxdan bağışlamışam”. 

Ailədə beş uşaq olduğunu söyləyən Hiss bacı və qardaşlarından da söz açıb: 

“Əkiz bacım və qardaşım var. İki bacım və iki qardaşım var. Lakin biz heç birimiz bir-birimizə oxşamırıq. Ayrı-ayrı “yumurta” deyirlər. Münasibətlərimiz yaxşıdır, bir-birimizə çox doğmayıq. Amma biz bunu bir-birimizə göstərmirik. Ancaq dalaşırıq. Bir yerdə qalırıq. Bacımla yaşıdıq, amma qardaşlarım məndən 2 yaş kiçikdirlər. Bacımla 1995-ci ildən, qardaşlarım 1997-ci ildəndir. Digər bacım isə məndən yaşca böyükdür. Onunla biz bir yerdə böyüməmişik. O çox “bomba” qızdır. Amma doğmayıq. O, 1993-ci ildəndir. Qocadır... Bir qardaşım evlidir. Başını bağladıq, getdi. Digər qardaşım isə evli deyil, o mənim yanımda qalır. Digər bacım da yanımdadır. Bacım dedi ki, məni Avstraliyaya ingilis dili kursuna gördər. Amma onu Türkiyəyə yolladıq. Sonra zəng edib ondan soruşdum ki, bacı, hardasan, deyir ki, Dubaydayam. 2-3 gündən sonra yenə zəng edirəm, deyir ki, Moskvadayam. Bir müddət sonra deyir ki, mənə bilet al, geri qayıtmaq istəyirəm, burada qala bilmədim. Bacım özünü axtarır, amma hələ də tapa bilməyib. O istəyir ki, mən ona kömək etməyim, özü hər şeyə nail olsun. Bacım suşi yerində işlədi sonra oradan çıxdı getdi “barista” işlədi. Bu bacımın da gözəl səsi var, istedadlıdır”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO