"Bakıya gələndən milli yeməklərdən ancaq yeyub yatıram. Plyus 5 kiloqram, qayıdacam minimum. Bu aralar çox paylaşımlar da etmirəm. Çünki mənə nə maraqlı, nə də əhəmiyyətli deyil sözün açığı. Başqalarını da nadir hallarda girib izləyirəm, artıq aylardır".
Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Uzun müddətdir ABŞ-a köçüb orada yaşayan Günel doğmalarını və ailəsini ziyarət etmək üçün qızı Jozefina ilə birlikdə Bakıya gəlib.
Hümbətova bildirib ki, paytaxt üçün xüsusi ilə "Bakının yayı" üçün çox darıxıb:
"Doğmalarımın əhatəsində istirahətimin dadını çıxardıram, bol söhbətlər edirik səhərədək. Amerikada hamısı üçün çox darıxmışdım. Bir də yazıb soruşanlara cavab: “Yox, mən Bakıya köçməmişəm”. Bura tətilə gəlmişik. Bakının yayı üçün çox darıxmışdım. Mən 6 il idi ki, Bakının yayını görmürdüm. Özümü burada çox xoşbəxt hiss edirəm.
Günel qızı Jozefinaya Bakıda olduğu müddətcə Azərbaycan dilini öyrətməyə çalışdığını vurğulayıb:
"Bir nömrəli məqsəd Amerikaya qayıdanda bu balaca qıza mütləq Azərbaycan dilini öyrətməkdir. Günümüz belə keçir. Qızım nənəsi ilə də "Google translate" vasitəsi ilə ünsiyyətdədir. Həm gülməli, həm də ağlamalıdır".
Qeyd edək ki, Günel Hümbətova əri Firuz Soliyevlə ötən il boşanıb. Cütlük 2015-ci ildə ailə qurub. Keçmiş aşiqlərin Jozefina adlı bir qızı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:29 / 14.07.2024
ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova yenidən Bakıya köçüb? - FOTO
Hazırda oxunan: ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova yenidən Bakıya köçüb? - FOTO
Hazırda oxunan: ABŞ-da yaşayan keçmiş aparıcı Günel Hümbətova yenidən Bakıya köçüb? - FOTO
202038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.