"Elit star" Cəmilə: "Nərmin Kərimbəyova səhnəyə yaraşmır" - VİDEO

Hazırda oxunan: "Elit star" Cəmilə: "Nərmin Kərimbəyova səhnəyə yaraşmır" - VİDEO

201881

"Bir insan ki, bədənini tərbiyə edə bilmirsə, o, səhnədə necə ola bilər? Müğənni Nərmin Kərimbəyova artıq çəkili müğənnidir və o, təcili sürətdə arıqlamalıdır. Çünki artıq çəkisi ilə Nərmin səhnəyə yaraşmır. Olmaz, arıqlamaq lazımdır".

Bizim.Media xəbər verir ki, bu sözləri "Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi qadın həmkarı Nərmin Kərimbəyovanın artıq çəkili olmasını başına qaxınc edərək, onu tənqid edib:

"Çıxdı səhnəyə, mahnı oxuyub, rəqs elədi, perfomansını göstərdi, özünü bu yolla tanıtdırdı, indi isə otursun pəhrizə və ya idmana getsin. O boyda bədən olar?!

Biz Azərbaycanlıyıq, bizə xarici ölkələrdən qonaqlar gəlir. Onlar televizoru açıb artıq çəkili müğənnini efirdə görəndə niyə bizim millət haqqında belə təəssürat yaranmalıdır? Səhnə oldu və ya olmadı, elə ev xanımları var ki, onlar özlərinə və bədənlərinə çox diqqət edirlər. Fitnes, idman, pəhriz, dietoloqlar var. Efir insanısansa demək arıqlamalısan. 

Nərminin səs diapazonu, rəqsi gözəldir, amma 15 kiloqram çəki atmalıdır. Nərmin arıqlasa, olacaq Cennifer Lopez. Səhnəyə əgər çıxırsansa, gözəl görsənməlisən. 
Burada söhbət sırf estrada müğənnilərindən gedir. Aktrisa kilolu ola bilər amma müğənni xeyr. Müğənni ilə aktrisanı bu mövzuda yanbayan qoymayın".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO