Vüqar Muradov:

Vüqar Muradov: "Namusuma and içirəm, başqa cür bunu tərgidə bilməzdim"

Hazırda oxunan: Vüqar Muradov: "Namusuma and içirəm, başqa cür bunu tərgidə bilməzdim"

201872

“Buradan, milyonların önündə kişi sözü verirəm ki, 30 ildir çəkdiyim siqaretlə əbədi sağollaşıram".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Sənətçi bildirib ki, bu gündən etibarən siqaret çəkməyə son qoyur:

"Günə 3 paket çəkirdim. Bütün həyatımı və xüsusən də səsimi məhv etmişdi, siqaret zəhrimarı. Bitdi artıq! Namusum və şərəfim üzərində and içib söz verirəm qarşısınızda, başqa cürə mən bu andırı tərgidə bilməzdim. Siqaret, qəlyan ümumiyyətlə, tütünlə bağlı nə varsa, heç nə ola bilməz artıq həyatımda".


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO