Lalə:

Lalə: "Azərbaycan cəmiyyətində boşanmış qadına intim obyekt kimi baxırlar" - VİDEO

Hazırda oxunan: Lalə: "Azərbaycan cəmiyyətində boşanmış qadına intim obyekt kimi baxırlar" - VİDEO

201373

"Sevdiyim yoxdur. Sevmək üçün insan fədakar olmalıdır. Təəssüf ki, sevgidən sonra gələn hissi yaşaya bilməmişəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Həftənin qonağı" verilişində deyib.

Sənətçi sevgi ilə bağlı bu fikirləri səsləndirib:

"Azərbaycan cəmiyyətində boşanmış qadına intim obyekt kimi baxırlar. Boşanmış qadına yalnız onu xoşbəxt etməyə qadir insan yaxın durmalıdır. O qadın bir dəfə yıxılıb, parça-parça olub. Ayağa durur, özünü yapışdırır. O qadının özündən ağır mənəvi yükü var. Hələ övladı varsa... Onu xoşbəxt edəcəksənsə, yaxın durmalısan. Sevilmək duyğusu qadını bütün plastik əməliyyatdan, kosmetikadan gözəl göstərir. Əgər bir qaşıq sevgi verib çömçə-çömçə burnundan gətirəcəksənsə, elə qadın tək qalsın. Qadın özünü xoşbəxt etməyi bacarmalıdır. Qərara gəldim ki, Azərbaycan kişisi xoşbəxt olmaq istəmir. Çünki eqosu birincidir. Mən, mən deyir".

 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO